ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Kuba ilə diplomatik nizamlanmaya üstünlük verir, lakin hazırda bu ehtimal azdır.
Bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Rubio qeyd edib ki, Tramp administrasiyası danışıqlara açıqdır, lakin Kuba hakimiyyətinin mövqeyi dəyişməlidir.
"Hələlik zəruri tədbirləri görməyə davam edəcəyik", - deyə Rubio vurğulayıb.












