ABŞ Texasdakı "Fort Hood" hərbi bazasından 1-ci Süvari Diviziyasının hissələrini Polşaya köçürməyə başlayıb.
Polşa Milli Təhlükəsizlik Bürosunun direktoru Bartoş Qrodetski bu barədə "X" platformasında məlumat verib.
O qeyd edib ki, hazırda nəzərdə tutulan hərbi heyətin 20%-dən çoxu və texnikanın 70%-i artıq Polşaya çatdırılıb.
Qrodetski bildirib ki, rotasiya qrafiklərindəki yeniliklər ABŞ-nin 2-ci Süvari Alayını Almaniyadan çıxarmaq niyyəti ilə bağlıdır.
Bu bölmənin Polşaya göndərilməsi planlaşdırılan zirehli tank briqadasını əvəz edə bilər.












