ABŞ Silahlı Qüvvələri 2026-cı ilin sentyabrından ucuz qanadlı raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargahının rəisi Kennet Uilsbek Senatda keçirilən dinləmələrdə məlumat verib.
FAMM proqramı çərçivəsində hazırlanan raketlər artıq istehsal mərhələsinə yaxınlaşır. Uilsbek bildirib ki, həm "Tomahawk", həm də "AGM-158 JASSM" kimi ənənəvi sistemlərlə müqayisədə daha ucuz raketlərin kütləvi istehsalı ordunun döyüş qabiliyyətini artırmaq üçün vacibdir.
Son illərdə Yaxın Şərq və Avropadakı münaqişələr göstərir ki, böyük həcmdə silah istehsalı və ehtiyatların sürətli bərpası strateji üstünlük yaradır.
Konqres üzvü Pat Rayan isə qeyd edib ki, müharibə dövründə ABŞ-nin böyük həcmdə raket istifadə etməsi mövcud arsenalın sürətlə tükənməsi riskini artırır və istehsal tempi bu boşluğu uzun illər doldura bilmir.












