ABŞ-nin Massaçusets ştatında partlayış səsi eşidilib.
Oxu.Az xəbər verir ki, WCVB kanalı yerli sakinlərin güclü gurultu eşitdiyini bildirib.
Şahidlər saat 14:00-da ştatın müxtəlif yerlərində partlayış səsi eşitdiklərini deyir. Bəziləri titrəyiş də hiss edib.
Meteoroloq Pamela Qardner hadisənin meteorit partlayışı ola biləcəyini bildirib.












