İran və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək.
Bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən xəbər yayıb.
Danışıqlarda İrana qarşı sanksiyalar, dondurulmuş aktivlərin açılması və nüvə proqramı müzakirə ediləcək.
Xatırladaq ki, əvvəl ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar danışıqlara bir həftəlik fasilə verildiyini açıqlamışdı.












