Bond.az White LogoBond.az Black Logo

ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı - VİDEO

ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı üzə çıxdı: Məqsəd Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək idi. Video və ətraflı məlumat.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Üç gün əvvəl ABŞ-nin nüfuzlu "Nyu-York Tayms" qəzeti bütün dünyada geniş diqqət çəkən bir məqalə dərc edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azad İran" YouTube kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Yazıda mötəbər mənbələrə istinadla iddia olunur ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilkin məqsədi keçmiş prezident Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək olub.

Məqalənin müəllifləri arasında İran mövzusu üzrə ixtisaslaşmış Fərnaz Fəsihi və İsrail xüsusi xidmətlərində geniş əlaqələrə malik Ronen Berqman kimi məşhur jurnalistlərin olması ona geniş reaksiyaları şərtləndirən amillərdən birinə çevrilib.

Yazıda müharibənin ilk günündə İranın ali rəhbərinin və bir çox digər yüksək rütbəli şəxslərin hava zərbələri nəticəsində öldürülməsinin ardınca Donald Trampın verdiyi belə bir açıqlama xatırlanır ki, İranda hakimiyyətə daxildən kiminsə yiyələnməsi daha yaxşı olardı.

Qeyd edək ki, həmin vaxt İranın özündə də bu açıqlamada nəzərdə tutula biləcək şəxslərlə bağlı müəyyən fikirlər irəli sürülmüş, o cümlədən Qərblə dialoqun tərəfdarı olan keçmiş prezident Həsən Ruhaninin adı çəkilmişdi.

Amma indi aydın olur ki, ABŞ və İsrailin İranla bağlı planında hansısa nüfuzlu islahatçı siyasi fiqur deyil, gözlənilməz bir şəkildə ABŞ və İsrail əleyhinə qəti mövqeyi ilə tanınan radikal mühafizəkar şəxs yer alıbmış.

Həmin planla tanış olan ABŞ məmurları məqalə müəlliflərinə bildiriblər ki, İsrailin hazırladığı bu ssenari Əhmədinejadın özü ilə də razılaşdırılıbmış, lakin hadisələrin gedişi onun qısa zamanda uğursuzluğa düçar olmasına səbəb olub.

Yazıda bildirildiyinə görə, müharibənin ilk günündə Əhmədinejadın Tehrandakı evinə endirilən zərbələr onu məruz qaldığı ev dustaqlığından və SEPAH hərbçilərinin nəzarətindən xilas etmək məqsədi daşıyıb.

Lakin bu zaman mühafizəçilərin bir qismi öldürülməklə yanaşı, Əhmədinejadın özü də yaralanıb və sonrakı günlərdə o, rejimin bu şəkildə dəyişdirilməsinə ümidini itirib.

Qeyd edək ki, həmin vaxt Əhmədinejadın öldürüldüyü barədə məlumat yayılsa da, sonradan bu xəbər təsdiqini tapmadı. Amma o vaxtdan bəri keçmiş prezidentin harada və hansı vəziyyətdə olduğu məlum deyil.

Bütün bu müddət ərzində Əhmədinejad İranda yalnız bir dəfə - ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümü ilə əlaqədar verdiyi başsağlığı ilə gündəmə gəlib.

Digər Xəbərlər
Bu gün / 13:47
|
957

Çin ABŞ-ın Yaponiyada raket planlarına qarşı

Çin ABŞ-ın Yaponiyada Typhon raket sistemlərini yerləşdirmə planlarına qarşı çıxır. Pekin Vaşinqton və Tokionu bu planlardan imtinaya çağırır.

0
Bu gün / 13:33
|
335

Serbiya Aİ üçün veto hüququndan imtina edə bilər

Serbiya Aİ-yə üzv olmaq üçün veto hüququndan və komissar vəzifəsindən imtina etməyə hazır olduğunu açıqlayıb.

0
Bu gün / 13:32
|
664

Konqoda Ebola tüğyan edir: 177 ölü

Konqo Demokratik Respublikasında Ebola virusu sürətlə yayılır: 750 şübhəli yoluxma, 177 ölüm. ÜST və KDR hökuməti birgə fəaliyyət göstərir.

0
Bu gün / 12:48
|
376

Hörmüz boğazı 2008 böhranı təhlükəsi yaradır

Hörmüz boğazının bağlanması 2008-ci il böhranına bənzər iqtisadi tənəzzül yarada bilər. Bloomberg xəbəri.

0
Bu gün / 12:47
|
409

İranda siyasi məhbusa edam hökmü

İranda siyasi məhbus Mənuçehr Fallah haqqında edam hökmü çıxarıldı. İnsan haqları təşkilatları məlumat yayıb.

0
Bu gün / 12:30
|
569

ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı - VİDEO

ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı üzə çıxdı: Məqsəd Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək idi. Video və ətraflı məlumat.

0
Bu gün / 12:17
|
426

Trampın böyük oğlu evlənir, Ağ Ev lideri toya getmir

ABŞ prezidentinin böyük oğlu Donald Tramp (kiçik) Baham adalarında evlənir, lakin Ağ Ev lideri toya qatılmayacaq.

0
Bu gün / 11:46
|
264

Belçika 700 milyon avroluq raket alır

Belçika F-35 qırıcıları üçün 700 milyon avroluq raket və PUA alır. Müqavilələr Avropa və ABŞ şirkətləri arasında bölüşdürüləcək.

0
Bu gün / 11:30
|
703

Haluk Levent xəstəxanadan buraxıldı

Mədə qanaması keçirən türkiyəli sənətçi Haluk Levent xəstəxanadan buraxıldı və vəziyyətinin yaxşı olduğu bildirildi.

0
Bu gün / 11:17
|
995

Aİ İrana yeni sanksiyalar hazırlayır: Hörmüz boğazı təhlükəsi

Avropa İttifaqı Hörmüz boğazı təhlükəsi səbəbindən İrana qarşı yeni sanksiya mexanizmi hazırlayıb. Tədbirlər gəmiçilik azadlığını hədəf alır.

0
Bu gün / 11:01
|
905

Suriya terror sponsorları siyahısından çıxarılır

ABŞ Suriyanı terror sponsorları siyahısından çıxarmağa hazırlaşır. İqtisadi dirçəliş üçün atılan addım haqqında ətraflı məlumat.

0
Bu gün / 10:48
|
599

Rusiya ordusu Zaporojyedə kəndi ələ keçirdi

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində Verxnyaya Tersa kəndini ələ keçirdi. Müdafiə Nazirliyinin açıqlaması.

0
...
ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı - VİDEO | Bond.az