ABŞ-də anomal isti hava şəraiti davam edir. Son məlumatlara görə, azı 25 nəfər həyatını itirib.
NBC telekanalı ştat hökumətlərinə istinadən xəbər verir ki, ən çox ölüm Nyu-Cersidə qeydə alınıb. Burada 22 nəfər istidən ölüb. İllinoysda 1, Missisipidə isə 2 ölüm faktı var.
Ölənlərin çoxu kondisioneri olmayan evlərdə tapılıb. Bəziləri isə küçədə və ya avtomobildə olub.











