ABŞ-nin Miçiqan ştatının Dirborn şəhərində yerləşən ticarət mərkəzində silahlı insident baş verib.
Hadisə nəticəsində iki nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Ümumilikdə silahlı qarşıdurma zamanı üç nəfər güllə yarası alıb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib.
Qurbanların təxminən 20 yaşında olduğu bildirilir.
İlkin məlumatlara görə, iştirakçılar bir-birini tanıyırmış. Fikir ayrılığı əlbəyaxa davaya, sonra isə atışmaya çevrilib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.











