Rusiyada məhkəmə "Aeroflot" aviaşirkətinin keçmiş baş direktoru Mixail Poluboyarinovu həbs edib.
O, "Svyaz-Bank"ın sağlamlaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Məhkəmə Poluboyarinov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Cinayət işi Poluboyarinovun "Vneşekonombank"da işlədiyi dövrdə yol verdiyi sui-istifadə halları ilə bağlı açılıb.
Poluboyarinov 2020-2022-ci illərdə "Aeroflot"un baş direktoru olub.












