Ağ Evin ərazisində ilk dəfə UFC turniri keçirilir. Tədbir öncəsi 12 F-16 qırıcısı Vaşinqton üzərində uçuş edib.
Görüntülər Ağ Evin X hesabında yayımlanıb. Qeyd olunub ki, bu, tarixdə ilk dəfədir.
Arenanın tikintisinə 60 milyon dollar xərclənib. Turnir Donald Trampın 80 illik yubileyinə və Müstəqillik Gününə həsr olunub.
Əsas döyüş İlia Topuriya ilə Castin Qeyci arasında olacaq.












