Aİ, Macarıstanın Avropa Sülh Fondunda blokladığı 6.6 milyard avronun buraxılmasına razılıq verib. Bu pul Ukraynaya hərbi yardım göndərən Avropa ölkələrinə kompensasiya olaraq veriləcək.
Oxu.Az xəbər verir ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Kiprdə keçirilən qeyri-rəsmi müdafiə nazirləri görüşündə bunu açıqlayıb. O, Macarıstanın yeni hökumətinin dəstəyi ilə fondun blokdan çıxarıldığını bildirib.
Kallas iki layihə təqdim edib: birincisi, ən çox silah tədarük edən ölkələrə kompensasiya, ikincisi isə həm kompensasiya, həm də yeni tədarüklər arasında bölüşdürmə. Ukraynanın bu pulun bir hissəsini ala biləcəyi qeyd olunsa da, Kallas "heç kim 100% almayacaq" deyib.
Qeyd edək ki, Ukrayna iyunun əvvəlində 90 milyard avroluq maliyyələşdirmənin ilk tranşını alacaq, lakin 6.6 milyard avro ilə bağlı müzakirələr davam edir.












