Çinin "Alibaba" korporasiyası ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib. Səbəb şirkətin "qara siyahı"ya salınmasıdır.
Şirkət bildirib ki, Pentaqonun qərarı əsassız və özbaşınadır. "Alibaba" Çin hərbi müəssisəsi olmadığını vurğulayır.
Xatırladaq ki, iyunun 9-da ABŞ hərbi idarəsi "Alibaba", "Baidu" və BYD-ni Çin hərbi şirkətləri siyahısına daxil edib.












