Məşhur rusiyalı müğənni Alla Puqaçovanın son altı ayda iki dəfə ürək əməliyyatı keçirdiyi iddia edilir.
"Mash" Telegram kanalının məlumatına görə, sənətçi Avropa klinikasında müalicə alıb. Həkimlər ona konsertlərdən çəkinməyi tövsiyə edib.
Bu səbəbdən Puqaçova Tailandda 2 milyon dollarlıq konsertdən və 500 min dollarlıq özəl tədbirdən imtina edib.
Nümayəndəsi Yelena Çuprakova iddiaları təkzib edib: "Əməliyyat və ya karyeranın sonu barədə məlumatım yoxdur."
Xatırladaq ki, müğənni Ukrayna müharibəsindən sonra İsrailə köçüb.












