Almaniyada Bundesver "Swarm Biotactics" şirkətinə maliyyə dəstəyi ayırıb. Şirkət məlumat toplamaq üçün "casus tarakanlar" hazırlayır.
Oxu.Az-ın FAZ-a istinadən verdiyi xəbərə görə, bu həşəratların üzərində mini elektron qurğular yerləşdirilir və onlar kəşfiyyat məqsədilə idarə olunur.
Tarakanların üzərində bir neçə qram ağırlığında kiçik "bel çantası" formasında sistem quraşdırılır. Bu sistemə kamera, elektrodlar və radio modul daxildir.
Elektron blok həşəratın sinir sisteminə zəif siqnallar göndərərək onun hərəkətini və sürətini idarə etməyə imkan verir. Komandalar xüsusi proqram təminatı vasitəsilə verilir.












