Bond.az White LogoBond.az Black Logo

Almaniyada ilk robotaksilər işə salınacaq

Almaniyada ilk robotaksi xidməti Münhendə başlayır. Uber, Nvidia və Autobrains əməkdaşlığı ilə sürücüsüz taksilər bu il fəaliyyətə başlayacaq.

Arzu Qasımova
Müəllif:Arzu Qasımova- Senior Editor
|
0

Uber, Nvidia və Autobrains şirkətləri Almaniyanın Münhen şəhərində sürücüsüz robotaksi xidmətini istifadəyə verməyi planlaşdırdıqlarını elan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni xidmət Uber-in taksi sifarişi platformasını, Nvidia tərəfindən hazırlanmış Nvidia Drive Hyperion pilotsuz idarəetmə platformasını və Autobrains şirkətinin süni intellektə əsaslanan texnologiyalarını özündə birləşdirəcək.

Şirkətlərin birgə bəyanatında xidmətin tam olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmasa da, robotaksilərin artıq bu il fəaliyyətə başlamasının nəzərdə tutulduğu qeyd olunub. Layihənin reallaşması üçün ilk növbədə Almaniyanın müvafiq tənzimləyici qurumlarından rəsmi icazənin alınması tələb olunur.

Həmçinin bildirilib ki, Autobrains proqram təminatı ilə təchiz olunmuş xüsusi avtomobil hazırda Münhen küçələrində sınaq rejimində hərəkət edir.

Qeyd edək ki, sürücüsüz taksilər artıq ABŞ və Çində kifayət qədər geniş istifadə olunur. Avropada ilk belə xidmət isə bu ilin may ayının əvvəlində Xorvatiyanın Zaqreb şəhərində fəaliyyətə başlayıb.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Almaniyada ilk robotaksilər işə salınacaq | Bond.az