Antverpen Ümumdünya Almaz Mərkəzi ABŞ-nin müstəqilliyinin 250 illiyi üçün Prezident Donald Trampa xüsusi üzük hazırlayıb.
"Freedom 250" adlı üzük 18 karatlıq qızıldandır və antverpenli zərgər David Qotlib tərəfindən dizayn edilib.
Üzükdə 321 brilyant, 56 sapfir, 13 zümrüd və 6 yaqut var. Dizaynda qartal, "250" rəqəmi və "250 years USA" yazısı yer alır.
Hədiyyə ABŞ-nin Belçikadakı səfirinə təqdim edilib. Mərkəz rəhbəri İsidor Mörsel bunu "etibar və tərəfdaşlıq rəmzi" adlandırıb.












