Apple, VK şirkətinə məxsus tətbiqləri xəbərdarlıq etmədən App Store-dan çıxardı.
VK rəsmi bəyanatında bildirib ki, şirkət heç vaxt sanksiyalara məruz qalmayıb. Apple rusiyalı istifadəçiləri məhdudlaşdırır.
Hal-hazırda yalnız VK sosial şəbəkəsinin əsas proqramı əlçatandır. Odnoklassniki, Mail, VK Music və digər tətbiqlər silinib.
İstifadəçilər mesaj bildirişləri ala bilməyəcək, lakin əvvəlcədən yüklənən tətbiqlər işləyəcək. Android-də heç bir məhdudiyyət yoxdur.
VK Apple-ın addımını əsassız adlandırıb.












