Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa, İsrailin xarici işlər naziri Gideon Saar və Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas arasındakı münaqişə fonunda gizli şəkildə İsrailə səfər edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropanın 'Politico' nəşri xəbər verib. Səfər əvvəlcədən elan olunmayıb və yalnız komissar İsrailə çatdıqdan sonra məlum olub.
Adı açıqlanmayan Aİ diplomatı bildirib ki, səfər təhlükəsizlik səbəbindən gizli saxlanılıb. Kallasın İordaniyada Ərəb dövlətləri Liqası liderləri ilə görüşü zamanı bu səfər qəribə qarşılanıb.
'Politico' mənbələrinə görə, Şuitsanın əsas məqsədi 'EUBAM Rafah' və 'EUPOL COPPS' missiyalarının müddətini üç ay uzatmaq olub.












