Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev "Mehnat şuxrati" ordeni ilə təltif edilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də səfirlə görüşüb və onun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişafı və birgə layihələr müzakirə olunub. Son illər əmtəə dövriyyəsi artıb, 280 Azərbaycan şirkəti fəaliyyətə başlayıb.
Səfir Quliyev diplomatik missiyasına verilən dəstəyə görə Prezidentə təşəkkür edib.












