Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini Peru Prezidenti Xose Mariya Balkasar Seladaya təqdim edib.
Qəbul zamanı səfir dövlət başçısına Prezident İlham Əliyevin salamlarını çatdırıb. Peru lideri öz növbəsində Azərbaycan Prezidentinə salamlarını göndərib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadiyyat, ticarət, enerji, turizm sahələrində əməkdaşlıq müzakirə olunub. Diplomatik münasibətlərin 30 illiyi qeyd edilib.












