Türkiyənin Tokat vilayətinin Artova rayonunda 52 yaşlı Azərbaycan vətəndaşı K.V. 88 yaşlı qayınatası Mustafa Cicini döyərək öldürməkdə şübhəli bilinir.
Hadisə evin qarşısında bilinməyən səbəbdən başlayan mübahisə nəticəsində baş verib. Mübahisə davaya çevrilib və bu zaman Mustafa Cici yerə yıxılıb.
Gəlin təcili tibbi yardım çağırsa da, həkimlər yaşlı kişini xilas edə bilməyib. K.V. polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.












