Smartfonun batareya ömrünü uzatmaq üçün sadə bir üsul var: performans profilini dəyişmək.
Oxu.Az-ın məlumatına görə, "MakeUseOf" portalı bildirir ki, bir çox Android cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq" profilləri aktivdir. Bu profillər cihazın iş gücünü artırır, lakin batareyanı tez tükəndirir.
Ekspertlər təklif edir ki, istifadəçilər cihazı "aşağı məhsuldarlıq" (light) profilinə keçirsinlər. Bu rejim gündəlik işlər üçün kifayətdir: zənglər, sosial şəbəkələr və digər əsas proqramlar problemsiz işləyir.
Mütəxəssis Pankil Şah "Samsung" smartfonunu "yüngül məhsuldarlıq" profilinə keçirib sınaqdan keçirib. Nəticədə batareya ömrü bir saat artıb, sürət isə dəyişməyib.
Bundan əlavə, OLED və AMOLED displeylərdə qaranlıq mövzu (dark mode) istifadə etmək və ekranın 30 saniyədə avtomatik kilidlənməsini aktivləşdirmək enerjiyə qənaət edir.












