Türkiyənin Batman vilayətində sərnişin avtobusunda narkotik daşımaqda şübhəli bilinən dörd xarici vətəndaş ələ keçirilib.
Haber Global-in məlumatına görə, nəqliyyat vasitəsində olan dörd əcnəbi sərnişinin davranışları asayiş keşikçilərində şübhə yaradıb və onlar tibbi yoxlanış üçün xəstəxanaya yönləndiriliblər. Müayinə nəticəsində həmin şəxslərin mədələrində narkotik vasitələrin gizlədildiyi aşkar olunub.
İstintaq tədbirləri nəticəsində saxlanılanların mədəsindən 2 kiloqram 726 qram narkotik tapılıb. Bədənlərindən xaric edilən 113 bağlamada 918 qram heroin, 80 bağlamada 500 qram metamfetamin və 160 bağlamada 1 kiloqram 308 qram marixuana olmaqla, ümumilikdə 2 kiloqram 726 qram çəkidə qanunsuz narkotik maddə maddi sübut kimi götürülüb.












