Berlinin Alt-Hoenşenhauzen rayonunda tramvay qəzası baş verib.
Polis məlumatına görə, ən azı 20 nəfər yaralanıb.
Qəzanın səbəbi hələlik məlum deyil. Tramvayın dirəyə çırpıldığı ehtimal edilir.
Qəza nəticəsində tramvayın arxa hissəsi relsdən çıxıb. Üç nəfər ağır xəsarət alıb.












