ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton istintaqla sövdələşməyə gedib.
O, məxfi məlumatlarla bağlı ittihamı etiraf edərək 2 milyon dollardan çox cərimə ödəməyə hazırdır.
CNN-in məlumatına görə, Bolton məxfi sənədləri qanunsuz saxlamaqda təqsirləndirilir.
O, bu maddə üzrə təqsirini etiraf edəcək və 5 ilədək həbs cəzası ala bilər.
Bolton Ağ Evdə olduğu müddətdə gündəliklər yazıb və onları yaxınlarına göndərib.
Məhkəmə iyunun 26-na təyin edilib.












