Çində 30-40 yaşlı qadınlar "böyük bacı" icarəsi xidməti yaradıb. Gənc qızlar üçün bu qadınlar dinləyici, məsləhətçi və yoldaş rolunu oynayır.
"South China Morning Post"un məlumatına görə, gənclər naməlum "böyük bacı" ilə narahatlıqlarını paylaşmağı üstün tutur. Çünki onlar mühakimə etmir, təzyiq göstərmir.
Xidmətin qiyməti saatda 20-40 dollar arasında dəyişir. Bəziləri isə sadəcə qəhvə və ya şam yeməyi ödənişi qəbul edir.












