"Briqada" və "Bumer" filmlərinin ulduzu Aleksandr Vısokovskinin cəsədi Oka çayında tapılıb.
Dalğıclar tərəfindən aşkar edilən 62 yaşlı aktyor, ötən gün 17 yaşlı oğlu ilə çaya yollanıb. Bir anda bir-birlərini gözdən itiriblər.
Oğlu uzun müddət gözləsə də, atasını tapa bilməyib və evə qayıdıb. Aktyorun həyat yoldaşı bildirib ki, həmin ərazidə güclü axın var və iki həftə əvvəl də orada bir kişi boğulub.
Vısokovski Moskva vilayətinin Puşşino şəhərində yaşayırdı. O, "Briqada" serialındakı Maks rolu ilə tanınır, "Bumer", "Turetskinin marşı" və "Next" kimi layihələrdə çəkilib.












