NATO təlimləri üçün Şimali Atlantikaya yollanan Britaniyanın "HMS Prince of Wales" aviadaşıyıcısı manevrlər zamanı sıradan çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti məlumat yayıb.
Bildirilib ki, gəminin pervanesində texniki nasazlıq baş verib. Qüsur səbəbindən gəmi təmir üçün Norveçin Stavanger limanında lövbər salmaq məcburiyyətində qalıb.
Britaniya hərbi dairələrindəki mənbələr bildiriblər ki, hadisə artıq mövcud olan problemlər, o cümlədən müdafiə planlaşdırılmasındakı gecikmələr və hərbi xərclərin səviyyəsinin müzakirəsi fonunda baş verib.












