Böyük Britaniyada maskalı şəxslər oğurlanmış ekskavatorla bankomatı divardan qoparıblar.
Hadisə Kembricşir qraflığının Remsi şəhərində "Nationwide" bankında baş verib.
Gizli kamera ekskavatorun binaya dəfələrlə zərbə endirdiyini göstərir.
Bankomat söküldükdən sonra maşına yüklənib və cinayətkarlar qaçıblar.
Polisin məlumatına görə, ekskavator da oğurlanıb. Bankomatda on minlərlə funt olduğu ehtimal edilir.












