Böyük Britaniya Ədliyyə Nazirliyi cinayət qurbanlarına 7 mindən çox bildiriş göndərib. Məhkumların tezliklə vaxtından əvvəl azad ediləcəyi xəbər verilir.
Oxu.Az-ın məlumatına görə, bu addım həbsxanalardakı kəskin sıxlıq səbəbindən atılır. İlk mərhələ sentyabrın 2-dən başlayacaq.
Siyahıya 1.5 ildən az cəza alanlar daxildir. 2027-ci ilin iyunundan isə 12 ildən çox cəzası olan təhlükəli cinayətkarlar da azad ediləcək.
Proses "yumşaq ədalət" adlanan təcrübə çərçivəsində həyata keçirilir. Məqsəd həbsxanaları boşaltmaqdır.












