Böyük Britaniya hökuməti sığınacaq almış şəxslərdən işləməyə başladıqdan sonra 10.000 funt sterlinq məbləğində kompensasiya tələb edəcək.
Bu barədə Daxili İşlər Naziri Şabana Mahmud açıqlama verib. O, dəstəyin həm hüquq, həm də öhdəlik olduğunu vurğulayıb.
Qaçqın statusu almış miqrantlar daimi yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl bu məbləği hissələrlə qaytarmalıdır. Aylıq ödənişlər üçün minimal gəlir səviyyəsi hələ dəqiqləşməyib.












