Böyük Britaniyanın Bristol şəhərindən Antalyaya uçan "SunExpress" təyyarəsi göyərtədə bomba olduğu xəbəri ilə London-Stansted hava limanına təcili eniş edib.
DHA agentliyinin məlumatına görə, yoxlamadan sonra bomba xəbərinin yalan olduğu məlum olub.
Təhlükə siqnalı təyyarənin havaya qalxmasından qısa müddət sonra alınıb və ekipaj təcili eniş qərarı verib.
Hadisə yerində və təyyarədə zəruri yoxlamalar aparılıb.












