Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Rusiyaya qarşı terrorizmə çağırışda ittiham edilib.
Rusiya Baş Prokurorluğu ittiham aktını təsdiqləyib. İddiaya görə, Uolles Ukraynaya uzaqmənzilli raket silahlarının verilməsinə çağırış edib.
Məqsəd Krım körpüsünə zərbələr endirmək və dinc əhalinin yaşayış şəraitini yararsız hala salmaq olub.
May ayında Uolles Rusiya DİN tərəfindən axtarışa verilib. O, 2023-cü ilin avqustunda nazir vəzifəsindən istefa verib.












