Türkiyənin Burdur vilayətinin Bucak rayonunda İsparta-Antalya yolunda zəncirvari qəza baş verib.
“Haber Global”a istinadən verilən məlumata görə, dörd nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Dörd avtomobilin toqquşması nəticəsində iki sürücü – İsmail Kır və Furkan Kürşat Yıldız, həmçinin sərnişinlər İnci Yıldız (55) və Ramazan Yıldız (60) həyatını itirib.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarma cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.












