Bond.az White LogoBond.az Black Logo

Cənubi Koreyada it ətinə alternativ tapıldı

Cənubi Koreyada it ətinə alternativ kimi keçi əti təklif edilir. Qadağa 2027-ci ildən qüvvəyə minir. Ətraflı oxuyun.

Nigar Hüseynova
Müəllif:Nigar Hüseynova- Senior Editor
|
0

Cənubi Koreyada it ətinin istehsalı və satışına qoyulan qadağa fonunda bu məhsula alternativ tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə həmin qidanı istehlak edən yerli sakin məlumat verib.

Agentliyin müsahibi keçi ətinin dadına görə it ətinə çox bənzədiyini bildirib. Onun sözlərinə görə, xarakterik qoxunu aradan qaldırmaq üçün bişirilmə prosesində ədviyyatlardan istifadə etmək lazımdır.

Müsahib əlavə edib ki, ölkə artıq "it ətindən sonrakı" dövrə hazırlıq görür. Xüsusən də, Cənubi Koreyada qara keçilərin yetişdirilməsi ilə məşğul olan təsərrüfatların sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

Yanvarın 9-da Cənubi Koreya parlamenti qida məqsədilə itlərin yetişdirilməsini və kəsilməsini qadağan edən qanun qəbul edib. Qanun layihəsi, həmçinin it əti istehsalı ilə məşğul olan şəxslərə işlərini dəyişə bilmələri üçün subsidiyaların verilməsini də nəzərdə tutur.

Qadağa 2027-ci ildən qüvvəyə minəcək. Bundan sonra qaydanı pozanları üç ilə qədər həbs və ya 30 milyon vona (22 700 dollar) qədər cərimə gözləyir.

Cənubi Koreya hökumətinin statistikasına əsasən, ölkədə təxminən 1 150 it ferması, 34 ət emalı müəssisəsi, 219 distribütor və it ətindən hazırlanmış yeməklər satan 1 600-ə yaxın restoran fəaliyyət göstərir. Qeyd edək ki, əvvəllər it əti Koreya milli mətbəxinin ayrılmaz bir hissəsi hesab olunurdu.

Digər Xəbərlər
Bu gün / 03:31
|
681

Stounhencin 6.6 tonluq altar daşının sirri açıldı

Stounhencdəki 6.6 tonluq altar daşının Şotlandiyadan insan əli ilə daşındığı sübut olunub. Yeni tədqiqat daşın mənşəyini və daşınma marşrutunu açıqlayır.

0
Bu gün / 02:02
|
222

177 kq çəkisini görüb huşunu itirdi

Şotlandiyada 177 kq çəkisini görən kişi stressdən xəstəxanaya düşdü, lakin 107 kq arıqlayaraq həyatını dəyişdi.

0
Bu gün / 02:01
|
407

Dənizdə nə qədər üzmək olar?

Dənizdə təhlükəsiz üzmə müddəti 10-15 dəqiqədir. Mütəxəssis uzun müddət suda qalmağın risklərini açıqlayır.

0
Bu gün / 01:31
|
873

Son 65 il: Şanxay zooparkının ən yaşlı fili öldü

Şanxay zooparkında ən uzunömürlü Asiya fili Bamo 65 yaşında tələf oldu.

0
Bu gün / 01:01
|
436

Okean səviyyəsi qalxır: Alimlərdən xəbərdarlıq

Alimlər xəbərdarlıq edir: Dünya okeanında suyun səviyyəsi qalxır. Buzlaqların əriməsi potensial təhlükə yaradır, lakin yaxın əsrlərdə fəlakət gözlənilmir.

0
Bu gün / 00:02
|
948

Nəhəng Pando ağacı ilk dəfə səslənib

Dünyanın ən böyük canlı orqanizmi Pandonun kök sistemindən ilk dəfə səs yazılıb. Təcrübə Yuta ştatında aparılıb.

0
Bu gün / 00:01
|
619

11 yaşlı şagerd 85 milyon illik dəniz canlısı tapdı

ABŞ-də 11 yaşlı məktəbli geologiya klubunda 85 milyon illik tilozavr skeleti tapdı. Qazıntı nəticəsində 4.5 metrlik dəniz sürünəninin qalıqları aşkar edildi.

0
Dünən / 23:01
|
577

Ukraynada tibbi çətənə reseptləri tətbiq edilir

Ukraynada ilk dəfə tibbi çətənə əsaslı preparatlara elektron reseptlər yazılıb. Kannabidiol əsaslı dərmanlar ağrı, stress və nevroloji xəstəliklərin müalicəsində istifadə olunur.

0
Dünən / 22:31
|
821

İranın cənubunda partlayışlar baş verib

İranın Hörmüzgan əyalətində silsilə partlayışlar baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

0
Dünən / 22:02
|
895

Britaniyaya yeni müdafiə naziri təyin olundu

Den Carvis Böyük Britaniyanın yeni müdafiə naziri təyin olundu. Con Hili istefa verdi.

0
Dünən / 22:02
|
902

İran Trampı təkzib etdi: Saziş mətni təsdiqlənməyib

İran ABŞ ilə saziş mətnini təsdiqləmədiyini bildirərək Trampın iddiasını təkzib edib.

0
Dünən / 22:01
|
714

Antalyada təyyarə antenə çırpıldı

Antalyada Türk Hava Yollarının Boeing 777 təyyarəsi eniş zamanı radar anteninə çırpılıb, bir nəfər yüngül xəsarət alıb.

0
...
Cənubi Koreyada it ətinə alternativ tapıldı | Bond.az