OpenAI şirkətinin ChatGPT tətbiqi dünya üzrə aylıq aktiv istifadəçi sayında 1 milyard həddini keçib.
Sensor Tower analitik şirkətinin məlumatına görə, ChatGPT bu göstəriciyə ən qısa müddətdə çatan tətbiq olub.
Tətbiq üç il ərzində 1 milyard istifadəçiyə çataraq Google Maps, TikTok, Instagram və YouTube kimi platformaları geridə qoyub.
Hesabata görə, Claude tətbiqinin aylıq aktiv istifadəçi sayı 56 milyona çatıb, illik artımı 640% olub - bu, ChatGPT-nin 62% artımını üstələyir.












