ABŞ Prezidenti Donald Trampın Çin səfəri zamanı yerli təhlükəsizlik qurumu ABŞ məxfi xidmət agentinə silah daşımağı qadağan edib.
Oxu.Az-ın məlumatına görə, hadisə Ağ Evin Mətbuat Xidməti tərəfindən açıqlanıb.
Rəsmi səfər çərçivəsində dövlət başçıları Cənnət Məbədinə (Tiantan) baş çəkməli idilər. Çin təhlükəsizlik qurumları ABŞ agentinə silahla məbədə daxil olmasına icazə verməyib. Bu səbəbdən iki ölkə nümayəndələri arasında gərgin mübahisə yaranıb.
Nəticədə prezidentin mətbuat heyətinin məbədə girişi yarım saat ləngiyib. Jurnalistlərdən biri məsələnin həll olunduğunu desə də, detalları açıqlamayıb.












