Çin, ABŞ-ın Yaponiyada Typhon raket sistemlərini yerləşdirmə planlarına sərt reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun, bu sistemləri strateji hücum silahı adlandırıb. O, bu addımın digər ölkələrin təhlükəsizliyinə təhdid yaratdığını bildirib.
Pekin, Tokionun remilitarizasiyasının sürətləndiyini və bunun müharibədən sonrakı düzənə meydan oxuduğunu vurğulayıb. ABŞ və Yaponiyanı planlardan imtinaya çağırıb.
Kyodo agentliyinin məlumatına görə, ABŞ iyun-sentyabr aylarında Yaponiyada təlimlər çərçivəsində Typhon və HIMARS sistemlərini yerləşdirməyi planlaşdırır.












