Bond.az White LogoBond.az Black Logo

Çin nüvə müharibəsinə hazırlaşır? - FOTO

Çin nüvə müharibəsi ssenarisinə hazırlaşır? Səhrada nəhəng hərbi obyektlər şəbəkəsi inşa edilir. Peyk görüntüləri 80-dən çox buraxılış meydançası, bunker və rabitə mərkəzini ortaya çıxarıb. Detallar Bond.az-da.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

Çin nüvə müharibəsi ssenarisinə hazırlaşır və səhranın ortasında nəhəng hərbi obyektlər şəbəkəsi inşa edir. Tikintinin miqyası o qədər genişdir ki, səhranın minlərlə kvadratkilometr ərazisini əhatə edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi əlində olan peyk görüntülərinə istinadən məlumat verib.

Qeyd edilir ki, Çin hökuməti ölkənin şimal-qərbindəki Sintszyan Uyğur Muxtar Vilayətinin boş qalan Hami səhra ərazisində, təcrid olunmuş nüvə raketləri şaxtalarının yaxınlığında buraxılış meydançaları, bunkerlər və rabitə qovşaqlarının çoxşaxəli şəbəkəsini qurur. 80-dən çox obyekt tamamlanıb.

Peyk şəkillərində Çinin qitələrarası raketlərinin yerləşdirildiyi yerlərin yaxınlığında 80-dən çox buraxılış meydançası, bunkerlər, rabitə mərkəzləri, aerodromlar, dəmiryol qovşaqları və silah anbarları görünür.

Agentlik iddia edir ki, bu şaxtalarda Pekinin arsenalındakı ən uzaqmənzilli raketlər saxlanılır. Təhlükəsizlik üzrə üç analitik şəkilləri nəzərdən keçirdikdən sonra bildirib ki, fotolarda, həmçinin elektron müharibə, peyk rabitəsi və əməliyyatların idarəolunması üçün istifadə edilə biləcək obyektlər də əks olunub.

"Reuters" qeyd edir ki, əvvəllər haqqında məlumat verilməyən tikintinin miqyası Çinin qurudakı nüvə qüvvələrini qorumaq və istismar etmək üçün nəzərdə tutulmuş və möhkəmləndirilmiş infrastrukturun genişləndiyini göstərir. Ümumilikdə bu şəbəkə Pekinin cavab zərbəsinin endirilməsi imkanlarını təmin etmək üzrə səylərinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Nəşrdə bildirilir ki, Sintszyan-Uyğur bölgəsindəki yeni infrastruktur son altı ildə tikilmiş iki səkkizguşəli tikili ətrafında cəmləşib. Hər ikisi nüvə şaxtalarından cənub-qərbdə yerləşir - biri təxminən 140 kilometr, digəri isə təxminən 230 kilometr məsafədə. Peyk görüntüləri göstərir ki, səkkizguşəli tikililərdə personal üçün yaşayış yerləri və böyük hərbi texnika yerləşdirilib. Bəzi görüntülərdə may və aprel aylarında, həmçinin bu texnikanın iştirakı ilə təlimlər də əks olunub. Təhlükəsizlik məsələləri üzrə mütəxəssisləri bildiriblər ki, tikilmiş buraxılış meydançaları mobil zenit raketləri, radioelektron müharibə qovşaqlarının yerləşdirilməsi üçün istifadə edilə bilər, ən böyüklərində isə qitələrarası ballistik raketlərin mobil buraxılış qurğularını yerləşdirmək mümkündür.

Üçüncü səkkizguşəli tikili poliqon kimi istifadə olunur. Peyk görüntüləri Qərb təyyarələrinin maketlərini, zədələnmiş binaları və bu ərazidə qazılmış çuxurları olan torpağı göstərir.

Qeyd edək ki, martın 21-də ABŞ kəşfiyyat icmasının təqdim etdiyi hesabatda bildirildiyinə görə, Rusiya, Çin, Şimali Koreya, İran və Pakistan nüvə və ənənəvi başlıqlara malik raket sistemləri hazırlayırlar və ABŞ ərazisini vura bilərlər.

CNN telekanalının fevral ayının sonunda yazdığına görə, ABŞ kəşfiyyat orqanları ehtimal edirlər ki, Çin yeni nəsil nüvə silahları hazırlayır və son illərdə öz arsenalının modernləşdirilməsi çərçivəsində ən azı bir gizli sınaq keçirib.

Digər Xəbərlər
Bu gün / 10:31
|
838

Tramp Stalin və Atilla ilə müqayisə etdi

Tramp yeni kitabda özünü Stalin, Mao və Atilla ilə müqayisə edib.

0
Bu gün / 09:31
|
690

Tramp: İranla memorandum kapitulyasiyadır

Donald Tramp İranla memorandum imzalanmasını kapitulyasiya adlandırıb. ABŞ lideri qeyd-şərtsiz təslim olmaqdan danışıb.

0
Bu gün / 09:30
|
694

Dünyanın ən uzun reysi 2027-də başlayır

Qantas aviaşirkəti 2027-ci ildə Sidney-London arasında dünyanın ən uzun fasiləsiz reysini açır. Uçuş 19-22 saat çəkəcək.

0
Bu gün / 09:01
|
229

İndoneziyada 6.7 bal zəlzələ: 3 ölü, 108 yaralı

İndoneziyada 6.7 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, 108 nəfər yaralanıb. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 08:30
|
818

Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi

Kamçatkada güclü zəlzələlər baş verdi. Sunami təhlükəsi var. Sakinlərə xəbərdarlıq edilib.

0
Bu gün / 08:00
|
900

Tramp özünə "Şərəf" medalı istəyir

ABŞ Prezidenti Donald Tramp özünə "Şərəf" medalı vermək istədiyini, lakin buna layiq olmadığını etiraf edib.

0
Bu gün / 07:30
|
548

Brüssel qərarı: Aİ Ukrayna münaqişəsində rolunu artırır

Aİ Ukrayna münaqişəsinin həllində rolunu artırmaq qərarına gəlib. Brüssel sammitinin nəticələri və Avropanın gələcək mövqeyi haqqında ətraflı.

0
Bu gün / 06:02
|
307

Tokioda məktəb yanğını: 10 nəfər xəsarət alıb

Tokioda məktəb yanğını: 8 şagird və 2 müəllim xəsarət alıb. Yanğın dördüncü mərtəbədə başlayıb, 65-dən çox yanğınsöndürən cəlb olunub.

0
Bu gün / 05:31
|
357

Pentaqon 80 milyard dollar tələb edir

Pentaqon İrana qarşı əməliyyatlar üçün Konqresdən 80 milyard dollar əlavə vəsait istəyir. Büdcə kəsintisi təhlükəsi.

0
Bu gün / 05:01
|
341

Stounhencin 500 il qədim prototipi tapıldı

Stounhencin 500 il daha qədim prototipi İngiltərədə aşkarlanıb. Taxta sütunlardan ibarət bu qədim qurğunun sirləri haqqında oxuyun.

0
Bu gün / 05:00
|
953

ABŞ Sakit okeanda kateri məhv etdi: ölənlər var

ABŞ hərbçiləri Sakit okeanda narkotik alverçilərinin katerinə zərbə endirib. Üç narkotik taciri məhv edilib. Ətraflı oxu.

0
Bu gün / 04:30
|
268

ABŞ-İran İsveçrə görüşü təxirə salındı

ABŞ və İran arasında İsveçrədə planlaşdırılan görüş təxirə salınıb. Səbəb kimi Livandakı gərginlik göstərilir.

0
...
Çin nüvə müharibəsinə hazırlaşır? - FOTO | Bond.az