Çinin Antsyu şəhərindəki bir zooparkda uzunqulaq ağ-qara rənglərə boyanaraq zebra kimi təqdim edilib.
"Need to Know" nəşrinin məlumatına görə, heyvanın tükü zebranın zolaqlarını təqlid edən qara xətlərlə örtülüb. Lakin uzun qulaqları və ümumi görünüşü onu dərhal ifşa edib.
Sosial şəbəkələrdə paylaşılan fotolar geniş müzakirələrə səbəb olub. İzləyicilər park rəhbərliyini heyvanı saxta kimi təqdim etməkdə ittiham ediblər.
Park rəsmiləri isə bildiriblər ki, bu, sadəcə bir zarafatdır: "Biz heç vaxt onun zebra olduğunu iddia etməmişik. Bu, ziyarətçiləri əyləndirmək üçün kospley aksiyasıdır." Onlar əlavə ediblər ki, əvvəllər də itlər üzərində bu cür təcrübələr aparılıb.












