Çin xilasediciləri leysan yağışları və daşqın təhlükəsi səbəbindən ölkənin cənubundakı Quandun əyalətində 36 mindən çox insanı təhlükəsiz yerə köçürüblər.
Bu barədə Çinin rəsmi televiziyası məlumat yayıb. Regionun daşqınlar və quraqlıqla mübarizə üzrə xüsusi qərargahı fövqəladə vəziyyətə reaksiya mexanizmlərini tam işə salıb.
Ümumilikdə sel təhlükəsi ehtimal edilən məkanlardan dəqiq olaraq 36 127 vətəndaş köçürülüb.
Adətən, Çin Xalq Respublikasının cənub ərazilərində yay fəslində şiddətli yağışlar, dağıdıcı tayfunlar və güclü daşqınlar xarakterikdir.












