Çinin şimalında 5.2 maqnitudalı yeni zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Dunxuan şəhərindən 269 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və xəsarət barədə məlumat yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl Sıçuan vilayətində də 5.2 bal zəlzələ olmuşdu.











