Dağıstanda may ayının 29-30-da şiddətli yağışlar yağıb. Axtı kəndinin girişindəki 100 metr uzunluğunda qabion bəndi dağılıb.
Qabion bəndi daşla doldurulan sinklənmiş məftildən toxunmuş qutu formalı mühafizə qurğusudur. Daha 100 metrlik hissəsi isə dağılma təhlükəsi ilə üz-üzədir.
Məlumata görə, çayda su səviyyəsi kəskin yüksəlib və su artmaqda davam edir. Vəziyyət pisləşərsə, sahilyanı ərazilər, əkin sahələri, evlər, qaz kəməri, elektrik xətləri və magistral yol su altında qala bilər.
Respublika Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda yola və sakinlərə birbaşa təhlükə yoxdur. Rayon rəhbəri və FHN əməkdaşları ərazidə fəaliyyət göstərirlər.











