İyunun 27-də Danimarkada son 150 ildə ən yüksək temperatur qeydə alınıb. Termometr 36.6 dərəcə göstərib.
“The Guardian”ın Danimarka Meteorologiya İnstitutuna istinadən verdiyi məlumata görə, rekord Odense şəhərinin şimalında qırılıb.
Əvvəlki rekord 1975-ci ildə 36.4 dərəcə ilə Holstebro şəhərində qeydə alınmışdı.












