Dünya Bankı Azərbaycan iqtisadiyyatı üçün proqnozlarını yaxşılaşdırıb.
Qurumun son hesabatına görə, 2026-cı ildə ÜDM-in 2%, 2027-ci ildə isə 1.8% artacağı gözlənilir. Bu, əvvəlki proqnozlardan müvafiq olaraq 0.2 və 0.1 faiz bəndi yüksəkdir.
2024-cü ildə 4.2% artım göstərən Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1.4% artacağı proqnozlaşdırılır.
Region üzrə isə Cənubi Qafqazda iqtisadi artımın 2026-2027-ci illərdə 3.4% səviyyəsində olacağı bildirilir.












