Edinburqda balta və bıçaqla silahlanmış bir nəfər 5 nəfəri qəsdən öldürməyə cəhddə ittiham olunur.
BBC-nin məlumatına görə, 36 yaşlı Lyuis Houks terror elementi ilə bağlı ittihamlarla üzləşib.
Hadisə iyunun 19-da axşam saat 20:50-də məscid yaxınlığında başlayıb. İki nəfər yaralanıb.
Hücumçu daha sonra üç nəfərə hücum edib, avtomobillərə ziyan vurub, mağaza və pitsseriyanı dağıdıb.
Polis zərərçəkənlərin həyatının təhlükədə olmadığını bildirir. Araşdırmaya antiterror bölməsi cəlb olunub.
Houks saxlanılan zaman "ölkəni müdafiə etdiyini" qışqırıb. O, həbsdə saxlanılır, növbəti məhkəmə 8 gün sonra keçiriləcək.












