Əfqanıstanın şərqindəki Laqman vilayətində qayıdan əfqan qaçqınlarını daşıyan yük maşını aşıb.
Hadisə nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın var.
Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır. Araşdırma davam edir.












