Hind okeanının cənub-şərq hissəsində yüzlərlə kilometr uzanan ən böyük və ən qədim balina qəbiristanlığı aşkar edilib.
Çin, İtaliya və Yeni Zelandiyadan olan alimlər kəşfi Nature jurnalında dərc ediblər.
Bəzi qalıqlar 5 milyon ildən çox yaşı ilə ən qədimdir. Qəbiristanlıq 7 km dərinlikdə yerləşir.
Alimlər sualtı aparatla Diamantina tektonik qırılma zonasını tədqiq edərək balina qəbiristanlığını tapıblar.
Tapıntılara nəsli kəsilmiş Pterocetus benguelae daxildir. Yeni növ Pterocetus diamantinae adlandırılıb. Ümumilikdə 470-dən çox balina qalığı var.












