Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək seçkidə konstitusiyadakı xüsusi normaya əsasən üçüncü dəfə namizəd ola bilər.
Prezidentin baş müşaviri Mehmet Uçum Anadolu agentliyinə bildirib ki, seçki 7 may 2028-ci ildə keçiriləcək. O, 16 aprel 2028 variantının da müzakirə edildiyini qeyd edib.
Konstitusiya iki müddət məhdudiyyəti qoyur, lakin parlament ikinci müddət ərzində seçki qərarı verərsə, üçüncü dəfə namizədlik mümkündür.












