Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin ildönümü tədbirində azərbaycanlı müğənni Azərini dəstəkləyib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Azərin ifa etdiyi "Türklər gəlir" mahnısını zümzümə edib.
Tədbirdə Qazaxıstanın "Alatau" qrupu və Azərbaycanın Xalq artisti Azərin çıxış ediblər. Azərin "Türklər gəlir" və "Çırpınırdı Qara dəniz" mahnılarını səsləndirib.
Prezident Ərdoğanın Azərinin ifası zamanı əlləri ilə ritm tutaraq onu müşayiət etdiyi anlar kameraya düşüb.












